Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
13 Aprel 2025, 21:33
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
506
22.01.2025, 12:58
Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğlu, 11 il əvvəl Qaraçuxurda Cümə məscidini yandırdığı üçün terrorçuluqda təqsirli bilinən Namiq Nəsibovun cinayət işinə xitam verilib.
Oxu24.com un əldə etdiyi məlumata görə, “PKK” terror təşkilatını dəstəkləmiş N.Nəsibov bir neçə ay əvvəl ürək çatışmazlığından vəfat edib.
Bu günlərdə məhkəməyə daxil olan sənəddə göstərilib ki, onun ölümü ilə bağlı rəyi Abşeron rayonunun Masazır Həkim Məntəqəsi verib. Görünən odur ki, psixi xəstəliyi sübut olunduğu üçün Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə cəlb edilən Namiq sonradan oradan çıxa bilib.
Şəxsin ölümünə görə ötən gün məhkəmə son qərar qəbul edib. N.Nəsibovun barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Həmçinin oxuyun
Qeyd edək ki, N.Nəsibov cinayəti Elnur Ələkbərovla birgə törətmişdi və həmin şəxsə 15 il azadlıqdan məhrumetmə cəzası verilmişdi.
Xatırladaq ki, cinayət hadisəsi baş verən vaxt Namiq Nəsibov barəsində mediada çoxsaylı məlumatlar yayılmışdı. Bildirilirdi ki, o, tibb təhsilli olub. Əvvəl Bakıda, sonradan Suriyada könüllü şəkildə həkim işləyib. İstintaq materiallarında yazılırdı ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib.
O, həmin ölkənin Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə “PKK” terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradaraq ətraflarına tərəfdarlar toplamağa başlayıb. Namiq və Elnur sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib. Namiqin daha əvvəl PKK terror təşkilatının lideri Abdullah Öcalanın şəkli olan köynəyi geyinib paylaşımlar etməsi cəmiyyətdə qınaqla qarşılanmışdı.
Məlumat üçün bildirək ki, Namiq Nəsibovun atası Kamil Nəsibova Sadınlar, Malıbəyli, Xanallar, Surası kəndlərinin müdafiəsində göstərdiyi xidmətlərə görə ölümündən sonra - 1993-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
01:52 / 14 Aprel 2025
Nazir sükan arxasında telefondan istifadə etdi: Cərimələndi - Foto
23
22:21 / 13 Aprel 2025
Türkiyədə güclü zəlzələ: Əhaliyə xəbərdarlıq edildi
301
22:07 / 13 Aprel 2025
Qızıl medalı Azərbaycana qazandıran Həsrət — Həmin anın videosu
200
21:42 / 13 Aprel 2025
Məhkəmədə bu kadrı görən Araik “kədərləndi”
477
21:33 / 13 Aprel 2025
Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə
70
21:16 / 13 Aprel 2025
Əhaliyə xəbərdarlıq edildi: Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq...
322
17:42 / 13 Aprel 2025
Güclü zəlzələ - 3 yaşlı uşaq həlak oldu
89
16:59 / 13 Aprel 2025
Şəmkirdə istixana yanıb
75
16:33 / 13 Aprel 2025
Yubileyi olan şəhidimiz — 26 yaşında şəhadətə ucalmışdı
689
16:03 / 13 Aprel 2025
Bu tarixlərdə iş olmayacaq
1346
15:49 / 13 Aprel 2025
Putin xokkey oynayır
86
15:45 / 13 Aprel 2025
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
91
15:42 / 13 Aprel 2025
Ağır qəza olub: Yaralılar var
91
13:39 / 13 Aprel 2025
Ronaldodan baxımlı qol - Video
98
13:19 / 13 Aprel 2025
Müavinət və təqaüd alanların NƏZƏRİNƏ - Bu tarixdə artır
1438
13:07 / 13 Aprel 2025
Türkiyəni lənətləyən yunan əsgərlər həbs edilib — VİDEO
105
12:55 / 13 Aprel 2025
Böyrəyinin birini xanımına verən PREZİDENT
116
12:13 / 13 Aprel 2025
QMİ Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi
105
11:08 / 13 Aprel 2025
Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat kim olub?
771
10:56 / 13 Aprel 2025
Bu bürclər yaxın zamanda varlanacaq – ÇOX AZ QALDI
146
10:17 / 13 Aprel 2025
Tezliklə bu 5 bürc evlənəcək
453
09:59 / 13 Aprel 2025
Nüşabə Ələsgərli ərinin ondan kiçik olmasından danışdı — VİDEO
1696
09:45 / 13 Aprel 2025
Qızardılmış kartofu əsla bu qidalarla yeməyin: mədənin "evini yıxır"
137
09:30 / 13 Aprel 2025
Soyuducuya 1 parça qoyun: işıqpulunu yarıbayarı AZALDIR
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.